This is a specific ad

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

10

Another advertisement

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi sosial şəbəkədə məlumat yayıb.

Mark Ruttenin sözlərinə görə, Türkiyə prezidenti ilə görüşdə alyansın kollektiv təhlükəsizliyinin qarşısında duran vəzifələr, Ukraynada davam edən müharibə və Yaxın Şərq böhranı müzakirə edilib.

Mark Rutte yazır: “Getdikcə gözlənilməz hala düşən  dünyada Türkiyə NATO-ya əvəzsiz töhfə verir”.

Türkiyə mətbuatının verdiyi məlumata görə, NATO-nun baş katibi Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Uruqvayda keçirilən prezident seçkilərində Yamandu Orsi qalib gəlib
Öncəki yazı
XI çağırış parlamentinin ilk iclasında parlamentin sədr müavinləri təsdiq edilib