This is a specific ad

NATO-nun baş katibi Ərdoğanın andiçmə mərasimində – ƏTRAFLI

27

Another advertisement

NATO-nun baş katibi Yens Stoltenberq Ankarada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir.

QafqazTürk xəbər verir ki, bu barədə “Anadolu” nəşri məlumat yayır.

Məlumata görə, Yens Stoltenberqin Türkiyəyə iki günlük səfəri çərçivəsində Türkiyə prezidenti və Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə 78 ölkədən yüksək səviyyəli rəsmilər gəldilər. Onlar arasında 21 ölkə rəhbəri, 13 ölkə baş naziri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Ankaradadılar.

Sonrakı yazı
İndoneziya Ukrayna ilə bağlı öz sülh planını təqdim edib – SÜLH PLANI NƏYİ NƏZƏRDƏ TUTUR?
Öncəki yazı
Şuşada kütləvi məzarlıq aşkarlandı – Foto