This is a specific ad

NATO illik nüvə təliminə başlayır

251

Another advertisement

Bu gün NATO illik nüvə təliminə yəni “Steadfast Noon”a başlayır.

Alyansın verdiyi məlumata görə, qarşıdakı iki həftə ərzində təlimlərdə Hərbi Hava Qüvvələrinin səkkiz bazasından 2000-ə yaxın əsgər iştirak edəcək.

Qeyd edək ki, hava manevrlərində 60-dan çox təyyarə iştirak edir. Onların arasında ABŞ-ın nüvə başlıqlarını daşıya bilən müasir döyüş təyyarələri də var. Bundan əlavə, təlimlər zamanı əsl sursatdan istifadə olunmayacaq.

Bu il manevrlər Belçika və Hollandiya hərbi hava qüvvələri bazalarında, həmçinin Böyük Britaniya, Danimarka və Şimal dənizinin hava məkanlarında keçiriləcək.

NATO-nun baş katibi Mark Rutte müsahibəsində təlimlərin Kremlə hansı mesajı verəcəyi sualına belə cavab verib:

“Müdafiəmizi sınaqdan keçirməyimiz və gücləndirməyimiz çox vacibdir. Rəqiblərimizə də açıq mesaj vermişik ki, istənilən təhlükəyə cavab verməyə hazırıq”.

Kateqoriya: Dünya
Sonrakı yazı
წინასწარი მონაცემებით, ლიეტუვის საპარლამენტო არჩევნების პირველ ტურში ოპოზიცია იმარჯვებს
Öncəki yazı
NATO-მ ბირთვული იარაღის გამოყენების წვრთნები დაიწყო