“NATO ilə əməkdaşlığın dərinləşdirilməsi bizim əsas prioritetlərimizdən biridir”.
Bunu “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı deyib.
Bundan əlavə, Baş nazir qeyd edib ki, prioritet Çin ilə tərəfdaşlığın dərinləşdirilməsidir.
“Çin ilə strateji tərəfdaşlığın genişləndirilməsi həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Xeyli irəliləyiş var, keçən il müvafiq saziş imzalanıb və bizim konkret təşəbbüslərimiz var ki, onlar icra mərhələsindədir və biz bu dəstəyə görə Çinli tərəfdaşlarımıza təşəkkür edirik.
Qonşuluq siyasətinə gəlincə: Azərbaycan, Ermənistan, Türkiyə – bizim qeyri-adi və mehriban qonşuluq münasibətlərimiz, strateji tərəfdaşlığımız var. Siyasi nöqteyi-nəzərdən, əlbəttə ki, gələcəkdə bu münasibətlərin dərinləşməsi üçün hər şey ediləcək. Mümkün qədər ölkəmizdə sülhün bərqərar olmasını təşviq edirik və növbəti illərdə də bu yanaşmamız olacaq”, – deyə baş nazir bildirib.