NATO hərbi rəhbərləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edəcək

23

NATO-ya üzv ölkələrinin hərbi rəhbərləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün onlayn formatda toplantı keçirəcək.

Toplantıda ABŞ-ın Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçirilmiş görüş barədə məlumat verəcək.

Mənbələrin bildirdiyinə görə, iclasa həmçinin ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi Den Keyn də qatılacaq.

Xatırladaq ki, Donald Tramp Fox News-a müsahibəsində bildirib ki, ABŞ Ukraynada qoşun yerləşdirməyəcək, lakin sülh sazişi çərçivəsində Kiyevə hava dəstəyi göstərə bilər.

Öncəki yazı
20 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur