This is a specific ad

NATO Baş katibindən Türkiyəyə təşəkkür

87

Another advertisement

NATO rəhbəri Yens Stoltenberq regiondakı son iğtişaşlardan sonra Kosovonun şimalına Türkiyənin əlavə qüvvələrin göndərilməsinə görə minnətdarlığını bildirib.

QafqazTürk.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bu gün, 4 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Dolmabağça Prezident Aparatında qapalı görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.

Stoltenberq həmçinin Türkiyənin müharibədən əziyyət çəkən Ukraynaya verdiyi güclü dəstəyin, o cümlədən Qara dəniz taxıl müqaviləsinə nail olunmasına öncülük etməsinin və bunun davam etdirilməsinə əmin olmasının vacibliyini vurğulayıb.

Şənbə günü Stoltenberq Ərdoğanın andiçmə mərasimində iştirak edib və fürsətdən istifadə edərək onu ötən bazar günü prezidentliyə yenidən seçilməsi və yüksək seçici fəallığı münasibətilə təbrik edib.

Görüş zamanı iki lider iyul ayında Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammitində müzakirə olunacaq mühüm məsələləri də müzakirə ediblər.

Mövzular arasında NATO-nun Ukraynaya sarsılmaz dəstəyi, çəkindirmə və müdafiə tədbirlərinin gücləndirilməsi və NATO-nun Kosovoda mövcudluğunun əhəmiyyətinin olduğunu da əlavə edib.

Stoltenberq Türkiyənin regionda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm töhfələrini və rolunu da vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Qalatasaray” “Fənərbaxça”nı böyük hesablı qələbə ilə məğlub edib
Öncəki yazı
Mikiyevlər ailəsinin evi təmir olunacaq