This is a specific ad

NATO Baş katibi: “Putin daha böyük müharibəyə hazırlaşır”

20

Another advertisement

“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”.

QafqazTürk xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışında deyib.

O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək.

“Mən dünən Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”, – deyə Baş katib bildirib.

Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya-Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Polşa prezidenti Vladimir Zelenskini “Ağ Qartal” ordeni ilə təltif edib
Öncəki yazı
İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub