Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Beynəlxalq Valyuta Fondunun missiyasının nümayəndələri ilə görüş keçirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Onların sözlərinə görə, iclasda MBQ rəhbərliyi BVF missiyasının üzvlərinə əsas makroiqtisadi tendensiyalar haqqında ətraflı məlumat verib.
“Natia Turnava vurğulayıb ki, MBQ-nin ardıcıl monetar siyasəti nəticəsində Gürcüstanda inflyasiya iki ilə yaxındır ki, hədəf səviyyəsindən aşağı qalıb. Natia Turnava BVF üzvlərini MBQ-nin makroiqtisadi proqnozları ilə tanış edib, həmçinin maliyyə sabitliyindən danışıb.
Tərəflər Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın vacibliyini müzakirə ediblər.
Görüş zamanı Gürcüstanın maliyyə sektorunun beynəlxalq sanksiyalara ciddi əməl etdiyi vurğulanıb. İndiyədək sanksiyalardan yayınma halları qeydə alınmayıb.
Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Alejandro Hajdenberq ilə görüşdə tərəflər texniki yardım sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin Gürcüstan Milli Bankının vitse-prezidentləri Ekaterine Mikabadze və Ekaterine Qaldava, BVF-nin Gürcüstandakı rezident nümayəndəsi Endryu Cevel və MBQ departamentlərinin rəhbərləri iştirak ediblər”, – məlumatda deyilir.