This is a specific ad

NASA: 76 metrlik asteroid Yerə yaxınlaşır

92

Another advertisement

“2023-cü il mayın 12-də 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Onun uzunluğu 76 metrdir.”– QafqazTürk xəbər veriri ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 184 km sürətlə hərəkət edir.

NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlər statusunu asteroidlərə Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olarsa verirlər. Belə cisimlər quruda və ya okeanda əhəmiyyətli dağıntılara səbəb ola bilər. 2023 NT4 asteroidi eyni zamanda hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.

İstinad: apa.az

Sonrakı yazı
Ukrayna XİN: İctimai tədbirdə Putin kimi hərbi cinayətkarla birgə iştirak etmək Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addımdır
Öncəki yazı
Ermənistandan sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb