Narkotiklə bağlı cinayətlər törədən şəxslər həbs ediliblər

82

Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 5 nəfəri həbs ediblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Onlar qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, yeni psixoaktiv maddənin qanunsuz satışına cəhd və külli miqdarda narkotik vasitə olan “marixuana”nın qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə saxlanılıblar.

Cinayətlər 20 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır,”- məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Xüsusi İstintaq Xidməti Baş Prokurorluq ilə birləşəcək
Öncəki yazı
8 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb