Narkotiklə mübarizə məqsədilə yeni qanun layihəsi qəbul edilib

66

Yeni Qanun Layihəsi: 5 qramdan çox marixuana saxlayan şəxslər həbslə üzləşəcək.

Parlamentdə yeni qanun layihəsi birinci oxunuşda dəstəklənib. Layihəyə əsasən, marixuana və çətənənin qanunsuz dövriyyəsinə görə cəzalar sərtləşdirilir.

Qanun layihəsinin əsas məqamları bunlardır:

İnzibati məsuliyyət:

10 qrama qədər çətənə və 5 qrama qədər qurudulmuş marixuananın alınması, saxlanması, daşınması və ya göndərilməsi inzibati qaydada cəzalandırılır.

Eyni hərəkət təkrar edildikdə artıq cinayət məsuliyyəti tətbiq olunacaq (cərimə və ya azadlıqdan məhrumetmə).

Cinayət məsuliyyəti:

6 ilədək azadlıqdan məhrumetmə: 10–155 qram sirr və ya 5–70 qram qurudulmuş marixuanaya sahib olmaq.

5 ildən 8 ilədək həbs: 155–750 qram sirr və ya 70–250 qram qurudulmuş marixuanın saxlanması.

8 ildən 20 ilədək və ya ömürlük həbs: 750 qramdan çox sirr və ya 250 qramdan çox qurudulmuş marixuanaya sahib olmaq.

İnzibati cəzalar sərtləşir:

Əvvəllər marixuana saxlamağa görə tətbiq edilən 500 lariyə qədər cərimə indi 500–5000 lari arasında olacaq.

Həbs cəzasının maksimum müddəti 15 gündən 60 günədək artırılıb.

Yeni qanun layihəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə daha sərt yanaşmanı nəzərdə tutur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
2 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Türkiyədə zəlzələ baş verib