Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Kvemo Kartli Polis Departamentinin Rustavi şəhər bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, hazırda şərti cəza çəkən şəxs həbs edilib.
O, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və qanunsuz satışa cəhddə ittiham olunaraq həbs ediliblər.
Qurumun məlumatına görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərində şəxsi, habelə onun göstərdiyi yerlərdən aparılan axtarış nəticəsində sübut kimi satış məqsədilə yerləşdirilmiş xüsusilə külli miqdarda narkotik vasitə olan “Alfa PVP” götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı maddələri ilə araşdırma aparılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.