This is a specific ad

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb

50

Another advertisement

Kaxetidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlum yayıb.

Məlumata görə, vvvəllər də eyni cinayətə görə  dəfələrlə məhkum olublar.

Saxlanılan şəxslərin şəxsi, avtomobilinə və yaşayış mənzillərinə baxış nəticəsində satış üçün hazırlanmış “Alfa PVP” və “Metadon” adlı narkotik vasitə, habelə narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan əşyalar maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələrinə əsasən aparılır ki, bu da qabaqcadan əlbir olan qrup tərəfindən narkotik vasitələrin təkrar qanunsuz əldə edilməsi və saxlanılmasıdır.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir
Öncəki yazı
Təhsil sisteminə DƏYİŞİKLİK EDİLİR