This is a specific ad

Nar qabığında mükəmməl müalicə! – Qaynadıb içənə şəfa olur

262

Another advertisement

Nar çox faydalı meyvədir. Lakin adətən tulladığımız bu meyvənin qabıqları da çox faydalı müalicəvi məhsuldur.

Nar qabıqlarının tərkibində müxtəlif faydalı maddələr var (antioksidantlar, orqanik turşular, büzücü maddələr və s.). Bu səbəbdən nar qabıqları xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.

QafqazTürk Media nar qabıqlarının faydalarını təqdim edir:

1. Nar qabıqları ürək üçün çox faydalıdır – ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar  qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal və zəncəfil əlavə etmək olar.

2. Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir – bağırsaqları “yığır”, iltihabı azaldır. Nar qabıqlarını çay kimi dəmləyin (1-ci reseptdə göstərilib) və gün ərzində qəbul edin. Belə dəmləməni uşaqlara da vermək olar.

3. Ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir.

4. Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.

5. Öskürək zamanı nar qabıqları yaxşı kömək edir. Dəmləməni 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için. Dəmləməyə bal əlavə edin.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Hüseyn Yusifov: “Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa məcbur etməyə çalışırlar”
Öncəki yazı
Tbilisi-Trabzon-Tbilisi istiqamətində müntəzəm uçuşlar başlayır