“Napoli” klubu Xviça Kvaratsxeliyanın maaşını 6 dəfə artırmağı düşünür

1

İtaliyanın “Napoli” klubunun rəhbərliyi Xviça Kvaratsxeliyanı komandada saxlamaq üçün maaşını 6 dəfə artırmağa hazırdır.

QafqazTürk.com xəbər verir ki, Fransanın PSJ və İngiltərə Premyer Liqasında çıxış edən klubların maraq dairəsində olan gürcüstanlı futbolçuya 150 milyon avroluq sərbəst qalma bəndini özündə əks etdirən yeni müqavilə təklif olunacaq.

Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsüm “Napoli”nin heyətində 42 oyuna çıxıb və 10 qol vurub.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
Öncəki yazı
Parlamentin sədri: Nə ABŞ, nə də Avropa ölkəmizdəki təsirlərinin şəffaflığını istəyir