Nağıl saatı – uşaqlar üçün unudulmaz gün   

108

Parlaq Gələcək Gənclər Mərkəzi və Simart platformasının birgə layihəsi çərçivəsində Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən Ahəng Gənclər Mərkəzində “Nağıl saatı” adlı maraqlı tədbir keçirildi.

Tədbir zamanı uşaqlara Simart-ın “Kitab, dəftər və qələm” adlı maarifləndirici videosu təqdim olunub. Video nümayişindən sonra keçirilən sual-cavab sessiyasında uşaqlar öz fikirlərini bölüşüblər və fəal iştirak ediblər.

Sonda fəal uşaqlara kitablar hədiyyə edilib. Bu, onların üzündə sevinc, qəlbində isə oxumağa və öyrənməyə sevgi yaradıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İrakli Kobaxidze və Nikol Paşinyan Tbilisidə görüşüb
Öncəki yazı
Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini tam aradan qaldırıb