Nəvəsi tərəfindən cinsi zorakılığa məruz qalan nənə dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Kaxetidə baş verib.
Təcavüzçü aprelin 22-də cinsi zorakılıq ittihamı ilə həbs edilib. Onu 7 ildən 10 ilə qədər həbs gözləyir.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs nənəni sistematik şəkildə cinsi istismara məruz qoyub, həmçinin onu öldürməklə hədələyib və yataq otağına bağlayıb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə təqsirləndirilən şəxsin nənəsinə qarşı fiziki zorakılıq tətbiq etməklə sistemli şəkildə cinsi xarakterli davranışlar sərgilədiyi müəyyən olunub. O, qeyd olunan cinayəti ört-basdır edilməsi məqsədi ilə qadını iradəsinə zidd olaraq yataq otağına bağlayaraq, onu öldürməklə hədələyib”. – bəyanatda yazılıb.