“Nə etsəm də Nobel Sülh Mükafatını almayacağam”-Donald Tramp

99

“Nə etsəm də, Nobel Sülh Mükafatını almayacağam, – ABŞ prezidenti Donald Tramp Truth Social-da yazır.

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Konqo Demokratik Respublikası və Ruanda nümayəndələri bazar ertəsi Vaşinqtonda onun və ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə saziş imzalayacaqlar.

“Bu, Afrika üçün və düzünü desəm, bütün dünya üçün əla bir gündür! Mən nə buna görə, nə Hindistan və Pakistan arasındakı müharibəni dayandırmağa görə, nə Serbiya və Kosovo arasındakı müharibəni dayandırmağa görə, nə də Misir və Efiopiya arasında sülhü qoruduğuma görə Nobel mükafatı almayacağam”, – Donald Tramp yazıb.

O bildirib ki, Rusiya-Ukrayna və İran-İsrail münaqişələri həll olunsa belə, Nobel mükafatı almayacaq.

“Nə etsəm də, o cümlədən Rusiya-Ukrayna, İsrail-İran məsələsində də nəticəsi nə olursa olsun, mən Nobel Sülh Mükafatını almayacağam, amma insanlar bunu bilir və mənim üçün vacib olan budur!” – ABŞ prezidenti bildirib.

Xatırladaq ki, Bundan əvvəl Pakistan hökuməti Donald Trampın “son böhranda qətiyyətli diplomatik müdaxiləsini və əhəmiyyətli liderliyini nəzərə alaraq” Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürəcəyini açıqlamışdı.

Pakistan hökumətinin bəyanatında deyilir: “Pakistan hökuməti Donald Trampın son Hindistan-Pakistan böhranında qətiyyətli diplomatik müdaxiləsini və əhəmiyyətli liderliyini nəzərə alaraq 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürmək qərarına gəlib”.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub
Öncəki yazı
İsrailin təcavüzü dayandırıldıqdan sonra İran diplomatiyaya qayıtmaq məsələsini müzakirə edə bilər-Abbas Əraqçi