This is a specific ad

Nənəsinə cinsi təcavüz etməkdə ittiham edilərək həbs edilən şəxs özünü günahsız hesab edir

280

Another advertisement

Nənəsinə cinsi təcavüz etməkdə ittiham edilərək həbs edilən şəxs özünü günahsız hesab edir.

QafqazTürk Media yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı Qiorqi Kirvalidzenin Qldani həbsxanasından yerli medialara müsahibəsində bildirdiyinə görə, hər şeyi bibisi planlayıb, onu ailə üzvünü zorlamaqda ittiham edib və əmlakını əlindən alıb. Məhkumun sözlərinə görə, buna səbəb bibisi evə sahib olmaq istəyir.

Məhbus Kirvalidze məhkəmənin qərarına etiraz edərək Qldani həbsxanasında aclıq aksiyası keçirir. Ona  9 il həbs cəzası verilib.

Məlumata görə, birinci instansiya Qiorqi Kirvalidzeyə bəraət verib. İstintaq orqanı ağır cinayət işi üzrə müvafiq sübut təqdim etməyib. 70 yaşlı qadının nəvəsi tərəfindən zorlandığına dair ekspertiza rəyi olmasa da  yaşlı nənənin çarpayısında nəvənin alt paltarı nümunələrindən biri tapılıb.

Apellyasiya məhkəməsinə gəlincə,məhkəmə Milli Büronun hazırladığı hesabatı rəhbər tutub.  Ali Məhkəmə Kirvalidzenin iddiasını ümumiyyətlə qəbul etməyib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Havanın pisləşməsi ilə əlaqədar sinoptiklər əhaliyə xəbərdarlıq edir
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan mümkün hökumət dəyişikliklərindən danışıb