This is a specific ad

Nə oldum deyil, nə olacağam deməli…Araşdırma

246

Another advertisement

Nə oldum deyil, nə olacağam deməli…

Bir zaman “Erməni soyqırımı” nın tanınmasını nəzərdə tutan qətnamə layihəsinin təşəbbüskarı olan  Yaşıllar Partiyasında nələr baş verir?

 Xatırlatmaq istəyirəm ki, sözügedən qətnamədə Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətlə əyilir.

İndi isə…

Yaşıllar Partiyasının həmsədrləri Omid Nouripour və Ricarda Lang Berlində istefa qərarı ilə bağlı mətbuat konfransı keçiriblər.

Yaşıllar Partiyasının böhran içində olduğuna diqqət çəkən Lang, “Partiyanı bu böhrandan çıxarmaq üçün yeni simalar lazımdır”- deyə bildirib.

Partiya rəhbərliyinin kollektiv şəkildə istefaya qərar verdiyini və noyabrda Visbadendə keçiriləcək partiya qurultayında vəzifəni təhvil verəcəklərini ifadə edən Lang, “İndi öz kreslomuzdan yapışmağın vaxtı deyil. Biz yeni bir başlanğıc təmin edərək bu məsuliyyəti öz üzərimizə götürürük”- deyə o qeyd edib.

Partiyanın digər həmsədri, İran əsilli Nouripour da bildirib ki, rəhbərlik olaraq bir neçə gündür ki, partiyada dəyişikliyə ehtiyac olub-olmaması ilə bağlı intensiv müzakirələr aparırlar.

“Biz yeni bir başlanğıca ehtiyacımız olduğu qənaətinə gəldik”-deyə o vurğulayıb.

Ölkənin şərq əyalətlərindəki Brandenburqda seçkinin nəticəsinin partiyanın dərin böhran içində olduğunu göstərdiyini bildirən Nouripour bu böhranı aradan qaldırmağın mümkün olduğunu bildirib.

Nouripour qeyd edib ki, Visbadendə keçiriləcək baş assambleyada yeni rəhbərlik seçiləcək.

Qeyd edək ki, Noyabrın 15-17-də Visbadendə Yaşıllar Partiyasının ümumi yığıncağı keçiriləcək.

Almaniyanın şərqində yerləşən Türingiya, Saksoniya və Brandenburqda Yaşıllar Partiyası bu ay keçirilən əyalət şurası seçkilərində səs itirib.

Türingiya və Brandenburqda 5 faizlik baryeri keçə bilməyən və əyalət parlamentlərinə daxil ola bilməyən Yaşıllar Partiyası 5,1 faiz səslə Saksoniya əyalət parlamentinə az fərqlə daxil olub.

Xatırladaq ki, Yaşıllar Partiyası baş nazir Olaf Şolzun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) və Azad Demokrat Partiyası (FDP) ilə federal səviyyədə koalisiya hökumətindədir.

Sonrakı yazı
İrandan yeni vəd
Öncəki yazı
Qəsdən adam öldürmə faktı ilə ittiham olunan şəxsi…