This is a specific ad

Məsafəni 4 dəqiqəyə qət edəcək kanat yolunun açılış mərasimi baş tutub

239

Another advertisement

18 oktyabr tarixində Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat açılıb. Açılış mərasimində hökumət üzvləri iştirak ediblər.

“Burada aşağı və yuxarı stansiyalar, həmçinin aralarında 5 dayaq dirəyi var. Unikal interyer tamamilə yenilənib. Yuxarı yeni stansiya inşa edilib, 5 dayaq tikilib.  Sözügedən kanat yolu məsafəni 4 dəqiqə ərzində qət edəcək.

Kanat yolu bir istiqamətdə saatda  1200 sərnişin daşıyacaq”, – deyə paytaxtın meri Kaxa Kaladze açılış mərasimində bildirib.

Xatırladaq ki, kanat yolunun bərpasına 2021-ci ildə başlanılıb.

Layihənin ümumi dəyəri 50 milyon larini təşkil edir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Socar yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti aşağı düşüb
Öncəki yazı
Benyamin Netanyahunun evinə pilotsuz təyyarə hücumu edilib