This is a specific ad

“Mənim Qəhrəmanım- Qəhrəman Musayev”

395

Another advertisement

Abxaziya müharibəsi başlayan zaman müəllim İsfəndiyar Musayevin ailəsində böyüyüb boya-başa çatmış Qəhrəman Musayev də həmin bölgədə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur.

Q.Musayev Tbilisidə Mirzə Fətəli Axundov adına 73 nömrəli orta məktəbi bitirmişdir. Daha sonra təhsilini 65 nömrəli texniki peşə məktəbində davam etdirmişdir. 1972-1976-cı illərdə Bakıda Universitetin fizika fakültəsində ali təhsilinə davam edən Q.Musayev 1984-1989-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ali Tədris Mərkəzinin Tbilisi filialında hüquqşünas vəzifəsində çalışıb və daxili işlər orqanlarında mayor rütbəsinə qədər yüksəlmişdir.

1992-ci ilədək Tbilisi Şəhər Təhsil idarəsində, 1992-ci ildən 2005-ci ilədək Tbilisi Şəhər Polis İdarəsinin İsani-Samqor rayon idarəsində müfəttiş kimi çalışmışdır. 1991-1993-cü illərdə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri uğrunda gedən müharibələrdə vuruşub.

Müharibədə göstərdiyi qəhrəmanlığına görə medalla təltif edilmişdir. Qəhrəman Musayev hazırda müharibə veteranıdır. O, müharibə dövrünü bu cür xatırlayır: “Oçamçire-Tkvarçelinin Labra kəndi ətrafında gedən ölüm-dirim savaşında bizim mövqelərimiz SU-24 təyyarələri ilə tez-tez bombardıman edilirdi. Tez-tez minalara rast gəlirdik. Heç kəs sağ qalacağına ümid etmirdi. Bir daha qeyd etmək istəyirəm ki, bu müharibədə gürcülərlə bərabər Gürcüstan azərbaycanlıları da fədakarlıqla vuruşurdular.
Dözülməz şəraitə baxmayaraq, o çətin anlarda heç kəs cəbhədən qaçmadı”.

Sonrakı yazı
Avtomobillərin sığortalanması məcburi olur
Öncəki yazı
Gürcüstan və İspaniya arasında “sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında” saziş imzalanıb