This is a specific ad

“Mənim Qəhrəmanım-Qoqita Kiknadze”

209

Another advertisement

Qoqita Kiknadze 8 aprel 1975-ci ildə Tbilisidə anadan olub. Abxaziyada döyüşlərdə iştirak edəndə polis akademiyasının 1-ci kursunda oxuyurdu, 1992-ci il oktyabrın 2-də Qaqranın süqut etdiyi gün şəhid oldu. Bu günə kimi itkin sayılır…

Tamar Kiknadze- Qoqita Kiknadzenin bacısı, Gürcüstan Müdafiə Qüvvələrinin vitse- polkovniki: “Mən Qoqitadan 3 yaş böyükəm. Valideynlərimiz, 3 əmioğu bizi vətən sevgisi, ona xidmət etmək üçün böyüdüb. Bir bacımız var, o da Müdafiə Nazirliyinin strukturlarında xidmət edir və mən 2013-cü ildən həyatımı silahlı qüvvələrlə bağlamışam. Bu quruluş mənim ruhuma daha yaxın idi, çünki Əfqanıstanda, Mərkəzi Afrikada igid əsgərlərimizin yanında dayanmaq istədim.2016-cı ildən beynəlxalq sülhməramlı missiyaların iştirakçısıyam- ilk qadın hərbi polis zabitiyəm. Məndən əvvəl bu strukturda heç bir qadın ora getməmişdi. 5 dəfə ezamiyyətdə olmuşam. Qardaşımın ruhu, qəlbi vətən sevgisi ilə dolu olan, bu vətən uğrunda canını fəda edən 17 yaşlı igidin xatirəsinə ehtiramla hərbi geyim geyindim. Qoqita həyat dolu, xoş gülərüz oğlan idi. O,ürəyimin bir parçasıdır və onun hələdə bir məzarının olmaması ürəyimi çox ağrıdır.Təəssüf ki, belə vəziyyətdə olan tək ailə bizim ailə deyil- nə qədər mərd analar, bacılar, uşaqlar itkin düşmüş doğmasının məzarı üçün darıxır. Onda bir damcı belə bədxahlıq, intiqam hissi yox idi yalnız vətən sevgisi uğrunda, vətən keçiyində dayanmaq deyilən o arzu var idi. Qoqita uşaqlıqdan hərbi formanı sevirdi. O, yalnız forma geyinib vətənə xidmət edəcəyini deyirdi, buna baxmayaraq, yəqin ki, heç ağlına da gətirməzdi ki, belə gənc yaşda həyatında ən vacib və həlledici sözü deməli olacaq! O, öz arzusunu sona qədər yerinə yetirdi, amma bunu ailəmiz üçün ən ağrılı şəkildə etdi. Təkcə mənim qardaşımı və onun kimi cəsurları yox, Gürcüstanı da itirdilər.

Qoqita vətən uğrunda geri çəkilmədi! 1992-ci il Oktyabrın 2-də igidləri ilə birlikdə BMP ilə hücuma keçdilər. Qoqitanın Qaqrada olduğunu bilmirdik.Polis akademiyasında qardaşımın yazdığı qeyd var. 17 yaşlı Qoqita qeyddə yazıb ki, ” mənim 20 yaşım var, silahı yaxşı bilirəm və xahiş edirəm məni Abxaziyaya aparın. O, yaşı ilə bağlı yalan danışmışdı. Onu Abxaziyaya aparmışdılar. Oktyabrən 1-də Qoqita evə zəng etdi (bu onun ailəsinə zəng etdiyi sonuncu zəng idi). Qoqitanın ölüm xəbərinə atam dözə bilmədi və 62 yaşında vəfat etdi”.

Qoqita Kiknadze 1-ci dərəcəli Vaxtanq Qorqasali ordeni ilə təltif edilib. Qoqita Kiknadzenin Tbilisidəki 182 saylı orta məktəb 2015-ci ildən onun adını daşıyır.

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
24 avqust Gürcüstanın Konstitusiya günüdür
Öncəki yazı
Rusiyanın tənqidindən sonra Ermənistan tarix kitablarından aneksiyanı çıxarıb