This is a specific ad

Mənalı həyatın – butan, naxışın!..

13

Another advertisement

Mənalı həyatın – butan, naxışın!..

Mədəni-maarif camiəmizə ağır itki üz vermişdir: müəllim, filoloq və el şairi Qurban Əzizli (Qurban Abbasqulu oğlu Rzayev) vəfat etmişdir.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, Qurban müəllimin ailəsinə, dostlarına və yaxınlarına, həmçinin mədəni-maarif camiəmizə dərin hüznlə başsağlığı verir, özünü Qurban müəllimin doğması sayan hər kəsə uca Allahdan səbir diləyirik!

Xatırladırıq ki, Qurban Əzizli 1942-ci ildə Marneuli rayonunun Əzizkənd kəndində anadan olub. 1959-cu ildə Əzizkənd 7-illik məktəbini, 1962- ci ildə Alget 1 saylı orta məktəbini, 1967-ci ildə isə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib. Əzizkənd məktəbində dərs hissə müdiri, sonra isə direktor vəzifələrində çalışıb.

Könül oxşayan şeirlər müəllifidir. Atası Abbasqulu Əzizli də tanınmış el şairi olub.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov tanınmış ziyalı-yazarlarımızdan Dünyamalı Kərəmi, Emin Elsevəri, Əli Abbası və daha bir neçə nəfəri hörmətlə “Atamın yadigarları” (tanınmış ədəbiyyatşünas Yusif Yusifli nəzərdə tutulur – Qafqaz Türk Media) adlandırıb. Onlardan biri də Qurban Əzizli idi.

Məkanınız cənnət olsun, Qurban müəllim! Özünüz demiş:

Azdır, Qurban Əziz, indiki yaşın,

Mənalı həyatın – butan, naxışın!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan hökumətinin qərarına əsasən, yanvarın 3, 6, 8, 9 və 10-u qeyri-iş günü elan edilib
Öncəki yazı
Türkiyədə sərnişin avtobusu aşıb, ölənlər var