Another advertisement
“Mən Avropa Parlamenti həmkarlarımla Tbilisiyə gedirəm, gündəm budur: prezident Salome Zurabişvili və müxalifət partiyaları ilə görüşlər”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Rasa Yukneviciene öz səhifəsində yazır.
“Mən Avropa Parlamentindəki həmkarlarımla birlikdə Avropanın gələcəyi üçün mübarizə aparan gürcülərlə həmrəyliyi ifadə etmək üçün Tbilisiyə gedirəm!
Gündəlikdə: prezident Salome Zurabişvili, müxalifət partiyaları, vətəndaş cəmiyyəti təşkilatları və jurnalistlərlə görüşlər var”, – Yukneviciene yazıb.
Yuknevicienenin dərc etdiyi fotoda ondan başqa Avropa Parlamentinin deputatı Rainier Van Lanşotu da görmək mümkündür.