This is a specific ad

Məktəblərdə peşə təhsili proqramlarının tətbiqinə başlanılır

468

Another advertisement

Gürcüstanın dövlət məktəblərində peşə təhsili proqramları həyata keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Dərc edilmiş bəyanatda qeyd edilib ki, Gürcüstan miqyası ilə pilot olaraq seçilmiş 20 dövlət məktəbi əsasında peşə təhsili proqramları həyata keçiriləcək.

“Gürcüstanın təhsil, elm və gənclər naziri Qiorqi Amilaxvarinin təşəbbüsü ilə peşə təhsilinə çıxış imkanlarını artırmaq məqsədilə bu ildən peşə təhsili dövlət məktəblərinə daxil edilib.

Xüsusilə, Nazirlik peşə təhsili ilə maraqlanan gənclərə ilk dəfə olaraq Gürcüstan miqyası ilə pilot olaraq seçilmiş 20 dövlət məktəbi əsasında milli kurrikuluma inteqrasiya olunmuş peşə təhsili proqramlarını təklif edir.

Nazirlik Peşə Bacarıqları Agentliyi ilə birgə hər bir məktəbdə açıq qapı günü əsasında məlumat xarakterli görüşlər keçirəcək.

Təşəbbüs 11-ci sinif şagirdlərinə məktəblərdə, müasir infrastrukturla təchiz edilmiş, təcrübəyə əsaslanan tədris mühitində ümumtəhsillə paralel olaraq tələbkar bir peşəyə yiyələnmək və həm tam ümumi təhsili təsdiq edən attestat, həm də peşə təhsilini təsdiq edən diplom almaq üçün unikal imkan yaradır. Gənclər təhsillərini başa vurduqdan sonra ixtisas üzrə işə düzəlmək və ya arzu etdikdə ali təhsil pilləsində təhsillərini davam etdirmək imkanı əldə edəcəklər.

Şagirdlər məktəb rəhbərliyinin müəyyən etdiyi müddətlərdə məktəbin bazasında pilot məktəblərdə inteqrasiya olunmuş təhsil proqramlarına qeydiyyatdan keçə biləcəklər.

Bilirsiniz ki, 2023-cü ildə Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Qiorqi Amilaxvari cəmiyyətə peşə təhsilinin inkişafı ilə bağlı yeni baxışı təqdim etdi və ona uyğun olaraq dövlət peşə təhsilinə əhəmiyyətli investisiyalar qoydu. Yeni təşəbbüslər Gürcüstanda əmək bazarının tələblərinə uyğun insan resurslarının hazırlanmasına və iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verəcək”, – nazirliyin bəyanatında deyilir.

Kateqoriya: Təhsil
Sonrakı yazı
Türkiyə BRİCS-ə qoşulur
Öncəki yazı
İnflyasiya sürətinin ləngiməsinə səbəb nə oldu?- Qiymətləndirmə