Məktəb şagirdi yol-nəqliyyat qəzasının qurbanı olub

99

Xelvaçauridə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 yaşlarında uşaq dünyasını dəyişib.

Məlumatı “Batumelebi” yayıb.

Hadisə Xelvaçauridə, Ortabatumidə baş verib.

Qəza kənd məktəbinin yaxınlığında baş verib və uşağı küçədə maşın vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma, yəni 276-cı maddəsi ilə araşdırma başlanılıb.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
“Antalya Diplomatik Forumu” çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşüb
Öncəki yazı
Nyu-Yorkda helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub