Məktəb avtobusu aşıb – 1 uşaq ağır vəziyyətdə olmaqla, 13 nəfər yaralanıb

86

ABŞ-ın Nyu-Cersi ştatında məktəb avtobusunun aşması nəticəsində biri ağır vəziyyətdə olmaqla, 13 nəfər yaralanıb.

Bu barədə NBC News məlumat yayıb.

KİV-in məlumatına görə, avtobusda ümumilikdə 31 nəfər olub və o, Nyu Cersidən Nyu Yorka gedirmiş.

Yaralılar xəstəxanaya çatdırılıb. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə avtomobil Kür çayına düşüb
Öncəki yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir