Məhkəmə Rövşən və Etibar İsgəndərovu həbsdə saxlayıb

172

Bu gün, 20 fevral tarixində Bolnisi rayon məhkəməsində baş tutan iclasda, Rövşən və Etibar İskəndərovların həbsdə saxlanılmasına qərar verilib.

QafqazTürk Media xəbər verir ki, qərara əsasən, Rövşən və Etibar İskəndərovların məhkəmə prosesinin mahiyyəti üzrə baxış 14 mart tarixinədək təxirə salınıb.

Xatırladaq ki, Rövşən İsgəndərov və onun əmisi oğlu Etibar İsgəndərov 26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkilərinin saxtalaşdırılmasında ittiham olunurlar.

Sonrakı yazı
İsraildə üç avtobus partlayıb, terror aktı olduğu düşünülür
Öncəki yazı
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın klinikaya yerləşdirilib