This is a specific ad

Myanmarda daşqın nəticəsində 200-dən çox insan həlak olub

300

Another advertisement

Myanmarda “Yaqi” qasırğasının qurbanlarının sayı 226-ya çatıb, 80 nəfər itkin düşmüş hesab olunur.

QafqazTürk Media xəbər verir ki, fırtına keçən həftə Vyetnamın şimalını, Laos, Tayland və Myanmarı bürümüşdür.

Rəsmi məlumatlara görə, bölgədə 500-dən çox adam həlak olmuşdur.

Fırtına Myanmarda güclü daşqınlara o cümlədən 226 nəfərin ölümünə və yüz minlərlə hektar əkin sahəsinin məhvinə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı vətəndaş müharibəsi nəticəsində məhv edilmiş ölkədə yarım milyondan çox insanın təcili qida, içməli su, sığınacaq və geyimə ehtiyacı olduğunu açıqlayıb.

Qeyd edək ki, “Yaqi” qasırğası Taylandda 10, Laosda isə 1 nəfərin həyatına son qoyub. Vyetnamda ölənlərin sayı 292-dir, 38 nəfər itkin düşüb, 230 mindən çox ev və 280 min hektar əkin sahəsi zədələnib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda ən yüksək maaşlı 4 fəaliyyət sahəsi
Öncəki yazı
„ქართული ოცნება- დემოკრატიული საქართველოს“ დელეგატი დავით შერაზადიშვილი დმანისის მოსახლეობას შეხვდა