This is a specific ad

Müəllimlik imtahanı üçün 18 min 500-dən çox namizəd qeydiyyatdan keçib

94

Another advertisement

18 min 500-dən çox namizəd müəllimlik imtahanı üçün qeydiyyatdan keçib.

QafqazTürk xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, bu ilin iyul ayında baş tutacaq müəllim imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:

  1. Gürcü dili və ədəbiyyatı (başlanğıc pillə);
  2. Riyaziyyat (başlanğıc pillə);
  3. Təbiətşünaslıq (başlanğıc pillə);
  4. Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-V siniflər);
  5. Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə);
  6. Qeyri-gürcüdilli məktəblər və sektorlar üçün gürcü dili (bağlanğıc, baza və ya orta pillə);
  7. Riyaziyyat (baza və ya orta pillə);
  8. İctimai elmlər (baza və ya orta pillə): tarix, coğrafiya, vətəndaş təhsili;
  9. Təbiətşünaslıq elmləri (baza və ya orta pillə): fizika, kimya, biologiya;
  10. Xarici dillər (başlanğıc, baza və ya orta pillə): ingilis, alman, fransız və rus dili;
  11. Estetik fənlər: təsviri və tətbiqi incəsənət, musiqi, idman;
  12. İnformasiya və Kommunikasiya Texnologiyaları / kompüter texnologiyaları;
  13. Azərbaycan dili və erməni dili üzrə imtahan.
Kateqoriya: Təhsil
Sonrakı yazı
İsrail qüvvələrinin Məscidül-Əqsaya hücumu ilə əlaqədar Türkiyə XİN bəyanat yayıb – FOTO
Öncəki yazı
Qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi statusu olan müəllimlərinin karyerada inkişafı şərtləri müəyyənləşib