Another advertisement
Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc qadın Kutaisidə klinikaya yerləşdirilib.
Məlumata görə, o, şiddətli şəkildə döyülüb. Xəstənin üzündə, başında, döş qəfəsində və ətraflarında xəsarətlər var. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Əldə olan məlumata görə, gənc qadın klinikaya kişi tərəfindən yerləşdirilib. O bildirib ki, onu Kutaisi ilə bələdiyyələrdən birini birləşdirən yolda ağır vəziyyətdə tapıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə araşdırma başlanılıb, istintaq davam etdirilir.