Another advertisement
“Müxalifət nümayəndələri şəhərin küçələrində müharibə imitasiya etmək cəhdi göstəriblər, lakin Gürcüstanda müharibə imitasiyası uğursuzluqla başa çatıb”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Kobaxidze hesab edir ki, son dörd il ərzində ölkədə imitasiya təşkil etmək üçün dörd cəhd olub, dövlət hər dörd cəhdə uğurla cavab verib.
“Nəhayət, hamı əmin oldu ki, Gürcüstan dövləti həmişəkindən güclüdür və heç kim bizim dövlətin gücünü heç bir şantajla sarsıda bilməz” – deyə İrakli Kobaxidze bildirib.