“Dəyişiklik üçün Koalisiya” siyasi partiyasının liderlərindən olan Zurab Qirçi Caparidzenin barəsində həbs qətimkan tədbiri olaraq təyin edilmiş 20 min larilik girov həbslə əvəz edilib.
Sözügedən qərarı Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Şvanqiradze çıxararaq, prokurorluğun vəsatətini təmin edib.
Zurab Qirçi Caparidze məhkəmə zalında qandallanıb. Zura Caparidzeyə qandal taxılarkən o, ictimaiyyətə müraciət edib: “Sonunda biz qalib gələcəyik”.
Məsələ Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsi faktı üzrə başlanmış istintaq və irəli sürülmüş ittihamla bağlıdır.
Caparidze yuxarıda adı çəkilən komissiyaya gəlməyib, bundan sonra o, magistratura hakimi qarşısında ifadə verməyə çağırılıb və ona rəsmi ittiham irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsi Caparidze barəsində həbs qətimkan tədbiri olaraq 20 min lari girov təyin edib.
Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi”nə istinad edən 349-cu maddəsi ilə istintaq aparılır. Bu, cərimə, bir ilədək müddətə azadlıqdan məhrum etmə, üç ilədək müddətə vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə cəzalandırılır.