This is a specific ad

Müxalifət Zurabişvilinin impiçmentində iştirak etməyəcək

35

Another advertisement

Gürcüstanın ən böyük müxalifət təşkilatı olan Vahid Milli Hərəkat Partiyası ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcəyini bildirib.

QafqazTürk.com xəbər verir ki, partiya impiçment prosesini “diqqəti əsas məsələlərdən yayındırmaq cəhdi” adlandırıb.

Bundan əvvəl Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib.

Hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputat impiçment təklifi ilə çıxış edib.

Xatırladaq ki, son vaxtlar ölkə hakimiyyəti ilə prezident arasında ziddiyyətlər daha da dərinləşib. Hökumətin fikrincə, Zurabişvili onun qanuni icazəsi olmadan xarici səfərlərdə iştirak edir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
333 milyon uşaq ifrat yoxsulluq içindədir
Öncəki yazı
ალიევი: „2024 წელს ბაქო-თბილისი-ყარსის რკინიგზით ტვირთების მოძრაობა 1 მილიონიდან 5 მილიონ ტონამდე გაიზრდება“