Kvemo Kartli bölgəsində keçirilən seçkilərdə heç bir müxalifət partiyasının nümayəndəsi Bolnisi və Qardabani bələdiyyə məclislərinə seçilə bilməyib. Mərkəzi Seçki Komissiyası (MSK) 15 oktyabr seçkilərinin nəticələrini təsdiqləyərək bələdiyyə sədri və məclis üzvlərinin adlarını açıqlayıb.
Bolnisi bələdiyyəsində 15 majoritar dairədən “Gürcü Arzusu” partiyası qalib gəlib. “Lelo – Güclü Gürcüstan”ın yeddi namizədi iştirak etsə də, seçkidə uduzub.
Bolnisi Bələdiyyə Məclisi:
-
Proporsional seçki sistemi ilə seçilən üzvlər: Giorgi Svanidze, Giorgi Mirianaşvili, Nona Rexviaşvili, Qara Gülməmmədov, Giorgi Mchedlidze, Nona Kavelaşvili, İoseb Muxaqulişvili, İrakli Kodelaşvili, Mariam Burjaliani, Beka Tsakadze, İrakli Caparidze, Murman Kveladze, Papuna Mushkudiani, İmran M. Qasımov, Gela Tamazaşvili.
-
Majoritar seçki sistemi ilə seçilən üzvlər: Davit Caparidze, Teymuraz Joxadze, Məmməd Hüseynov, Zviad Jakeli, Farux Sarıyev, Levon Manukian, Murman Nəbiyev, Rəsul Bəxtiyarov, Vüqar İsayev, Giorgi Lomidze, Aleksandr Rexviaşvili, Dostu Aşirov, Şermandin Dadvani, Araz Bayramov, Laşa Urumaşvili.
Qardabani bələdiyyəsində 21 majoritar dairədən səkkiz dairədə müxalifət partiyalarının namizədləri iştirak etsə də, qalib yalnız “Gürcü Arzusu” olub.
Qardabani Bələdiyyə Məclisi:
-
Proporsional seçki sistemi ilə seçilən üzvlər: Mixeil Gedekhauri, Mirzə Mirzəyev, Samir Xiyalov, Lia Metreveli, Zurabi Bendeliani, Otari Qavaşelişvili, Flora Əsgərova, Levani Xmaladze, Şəhadət Mehrəliyev, Ani Mançxaşvili, Yusuf Meladze, Arkadi Panqani, Zviadi Kartlosişvili, Xviça Çitiaşvili, Giorgi Gamezardaşvili.
-
Majoritar seçki sistemi ilə seçilən üzvlər: Zakir Daşdəmirov, Zaza Oniani, Tamar Xaçidze, Hüseynqulu Musayev, Kartlosi Mamuladze, Laşa Kartlosişvili, Davit Çinçarauli, Araz Vəliyev, Giorgi Qurulişvili, İlham Bayramov, Levan Nijaradze, Betkili Kakhiani, Davit Ebilaşvili, Kamran Babayev, Tornike Kavtaradze, İosebi Dzamnaşvili, İslam Məmmədov, Nichat İsmayılov, Levani Beqlarişvili, Vüqar Məmmədov, Səbail Məmmədov.