Müxalifətçi qadın deputatlar “Parlamentarilər Avropanın gələcəyi naminə” kampaniyasına başlayır və bu kampaniya çərçivəsində bölgələrdə əhali ilə görüşlər keçirəcəklər.
QafqazTürk.com xəbər verir ki, onların sözlərinə görə, kampaniyanın məqsədi əhali ilə hesabatlılığı gücləndirməkdir.
Gürcüstanın müxtəlif şəhərlərində müxalifətçi qadın parlamentarilər vətəndaşlarla “xarici təsirin şəffaflığı haqqında” qanun və onun Gürcüstan əhalisi üçün siyasi, iqtisadi və hüquqi nəticələri kimi cari qanunvericilik problemlərini müzakirə edəcəklər. Həmçinin, sizin üçün vacib olan digər məsələlərlə bağlı suallarınızı verə biləcəksiniz”, – kampaniya ilə bağlı açıqlamada deyilir.
Bu qadın müxalifət deputatları regionlarda ictimai görüşlərdə iştirak edəcəklər: Teona Akubardiya, Xatiya Dekanoidze, Tamar Kordzaia, Tinatin Bokuçava, Ana Tsitlidze, Salome Samadaşvili və Ana Natsvlişvili.
İctimai görüşlər Kutaisidən başlayıb Qoridə yekunlaşacaq. Görüş cədvəli aşağıdakı kimidir:
17 iyun – Kutaisi
18 iyun – Zuqdidi
19 iyun – Batumi
20 iyun – Özurgeti
22 iyun – Qori