“Bizim çox konkret bir tələbimiz var – seçkilər yenidən Beynəlxalq Seçki Administrasiyası tərəfindən keçirilsin”.
QafqazTürk Media xəbər verir ki, “Birlik-Milli Hərəkat”ın liderlərindən biri Qiorqi Vaşadze mitinqdə bildirib.
O, öz komandası adından planları ictimaiyyətə təqdim edib və qeyd edib ki, seçkilərin vaxtının dəyişdirilməsi məsələsindən başqa heç kimlə danışıqlara getmirlər.
“Komandamız adından qərarlarımızla bağlı konkret danışmaq istəyirəm. Siz də, biz də bu seçkiləri qeyri-legitim tanıyırıq, bu seçkilər legitim deyil!
Biz bu parlamentə girməyəcəyik, bütün mandatlardan imtina edib siyahıları bağlayacağıq!
Biz qalib gələnə qədər mübarizə aparacağıq və sizə söz veririk, mütləq birlikdə qalib gələcəyik!
Bu sözlərlə Qiorqi Vaşadze çıxışını tamamlayıb.