This is a specific ad

Müxalifət partiyalarında polisin apardığı axtarışlara Kobaxidzenin reaksiyası

232

Another advertisement

“Mən buna repressiya deməzdim, bu, repressiyadan daha çox qarşısının alınması prosesidir”.

QafqazTürk Media xəbər verir ki, Baş nazir müxalifət partiyalarında polisin apardığı axtarışlara bu cür reaksiya verib.

Kobaxidzenin sözlərinə görə, mitinqdə olan vətəndaşlar müvafiq siyasi qüvvələr tərəfindən pirotexniki vasitələrlə təmin edilib.

“Həmçinin bu gün gördük ki, Daxili İşlər Nazirliyi, aidiyyatı qurumlar partiya ofislərinə daxil olanda oradan müvafiq materiallar çıxarılıb. Üstəlik, müvafiq əməliyyat başlayanda müxalifət liderlərindən biri, məsələn, Elene Xoştariya birbaşa çıxıb və əvvəlcədən pirotexniki vasitələr aldığını bildirib və bu pirotexniki vasitələri almağa davam edib. Əslində bununla həmin siyasi partiyalar birbaşa etiraf ediblər ki, bu sistemli vəhşi zorakılığın arxasında bütün partiya resursu dayanır”- Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, polis bir neçə müxalifət partiyasının və vətəndaş fəalının ofisində axtarış aparıb. Tərəflərin verdiyi məlumata görə, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları yumurta və fişəngləri çıxarıblar.

Sonrakı yazı
Nika Qvaramia Marneulidəki müvəqqəti təcridxanaya yerləşdirilib
Öncəki yazı
“Dəyişiklik Koalisiyası” nın ofisinə polis daxil olub