Another advertisement
Diplomatik korpusun nümayəndələri ilə görüşdən sonra Gürcüstan prezidenti Salome Zurabişvili müxalifət partiyasının liderləri ilə görüş keçirəcək.
QafqazTürk Media xəbər verir ki, “ Vahid Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Dəyişikliklər Koalisiyası” partiyalarının liderləri prezidentlə görüş üçün Orbeliani sarayına gəliblər.
Hazırda prezident diplomatik korpusun nümayəndələri ilə görüşür. Fövqəladə rejimdə keçirilən iclas bir neçə dəqiqə əvvəl başlayıb.
Məlum olduğu kimi, prezident görüşdən sonra açıqlama verəcək.