Another advertisement
Parlamentin müxalifəti təmsil edən 38 deputat “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Gürcüstan Konstitusiya Məhkəməsində iddia qaldırıb.
QafqazTürk.com xəbər verir ki, sənəddə qeyd olunub ki, qanunun ləğv edilməməsi ölkəyə qarşısıalınmaz ziyan vura bilər. Müraciətdə Konstitusiyanın 78-ci maddəsi ilə ziddiyyət təşkil edən bu qanunun ölkədə keçiriləcək parlament seçkisinədək ləğv olunması tələb edilir.
Ərizəçilər bu qanunun Gürcüstanın Avro-Atlantik inteqrasiyasına ciddi əngəl yaratdığı üçün onun qüvvəsi dərhal dayandırılmalıdır.