This is a specific ad

Müxalifət liderləri aksiya iştirakçıları ilə birlikdə çadırlarda gecələyiblər

275

Another advertisement

Müxalifət siyasətçiləri Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında qurulmuş çadırlarda mitinq iştirakçıları ilə birlikdə gecələyiblər.

Ərazidə 20-dən çox çadır qurulub və bu səbəbdən bir neçə istiqamətdə hərəkətə mane olub: Melikişvili prospekti, Varazişxevi, Kekelidze küçəsi və Çavçavadze prospekti.

Mitinqin təşkilatçıları bir neçə yerdə ocaq qalayıblar. Bundan əlavə, Çavçavadze prospektində yolu zibil qutuları və stullarla bağlayıblar.

Aksiya iştirakçıları gecə boyu mitinqin təşkilatçıları tərəfindən yemək, isti çay, kofe və isti yorğan-döşəklə təmin edilib.

Xatırladaq ki, “Dəyişiklik Uğrunda Koalisiya” və “ Vahid Milli Hərəkat” liderlərinin çağırışı ilə etirazçılar Çavçavadze prospektinin müəyyən hissəsini, xüsusən də TDU-nun birinci korpusunun yaxınlığındakı kəsişməni bağlayıblar. Müxalifət liderləri 24 saatlıq aksiya elan edərək noyabrın 18-i saat 20:00-a qədər yerdə qalacaqlarını bildiriblər. Nümayişçilərə Rustaveli prospektində keçirilən “Səsi qaytar” aksiyasının iştirakçıları da qoşulub.

Sonrakı yazı
Noyabrın 25-də hökumətin yeni tərkibi və hökumət proqramı etimad səsverməsi üçün parlamentə təqdim olunacaq
Öncəki yazı
“Dəyişiklik üçün Koalisiya” nümayəndələri Çavçavadze prospektində çadırlar qurublar