Seçkilərin nəticələrinin beynəlxalq araşdırması, gürcü xalqının seçiminin qorunması və paytaxtda davam edən etiraz aksiyaları – müxalifətin Gürcüstan prezidenti ilə görüşündə müzakirə olunan əsas məsələlər bunlar olub.
QafqazTürk Media xəbər verir ki, görüşdə “Dəyişiklik Koalisiyası”, “Güclü Gürcüstan”, “Birlik – Milli Hərəkat” və “Gürcüstan üçün Qaxariya” partiyalarının nümayəndələri iştirak edib.
“Prezident gürcü xalqının avropayönlü iradəsinin qorunduğunun bariz nümunəsidir.
Bizimlə bağlı iş, xüsusən də diplomatik baxımdan çox fəallaşacaq. Parlament indiki mərhələdə qəbuledilməz olaraq qalır – biz beynəlxalq araşdırma tələb etmək və etirazın sürətini saxlamaq üçün işimizi davam etdiririk”, – “Güclü Gürcüstan”ın liderlərindən Ana Dolidze deyib.