This is a specific ad

Mütəxəssislər xərçəngin ilkin əlamətlərini açıqlayıblar

244

Another advertisement

Mütəxəssislər bədəndə yarana biləcək xərçəngin ilkin siqnallarını açıqlayıblar.

QafqazTürk Media xəbər verir ki, həkimlər hər zaman xərçəng xəstəliyinin ilkin əlamətlərinə xüsusilə diqqət etməyimizin lazım olduğunu bildirir. Vaxtında qoyulan dəqiq diaqnoz bu xəstəliyin uğurlu müalicə şansını artırır.

Mütəxəssislərin fikrincə, erkən mərhələlərdə yaranan zədələr ağrıya səbəb olmur. Lakin elm adamları xəbərdarlıq ediblər ki, bu, qeyri-müəyyən çəki itkisi, qızdırma və ya gecə tərləməsi ilə müşayiət oluna bilər.

Bəzən bədəndə lipomalar, bədxassəli olmayan kiçik yumşaq piylər, piy vəzilərinin tıxanması nəticəsində yaranan kistalar, diametri 3 mm-dən 3 sm-ə qədər olan revmatoid düyünlər meydana gəlir.

“Xərçəng bədəndə ola bilər, o hərəkətsiz qalır və zaman keçdikcə ölçüləri artan sərt topaqlar kimi görünür. Erkən aşkarlanması vacibdir” – deyə alimlər qeyd ediblər.

Tədqiqatçılar əvvəlcə aşkar ediblər ki, şişkin barmaqlar və dırnaq qabığının dəyişmiş quruluşu bədəndə təhlükəli prosesin inkişafının siqnalları ola bilər. Bəzən boğaz və ağız boşluğunda narahatlıq da bu xəstəliyin göstəricisi ola bilər. Narahatedici əlamət boğazda daimi bir şey hiss etməsidir. Bu səbəbdən dildə ləkələrinin yaranması və səs dəyişikliyi də diaqnozlaşdırılmalıdır.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Pakistanda Rusiyaya məxsus helikopter qəzaya uğrayıb – Ölən və yaralananlar var
Öncəki yazı
Bu ölkədə intizam qaydalarına riayət etməyən şagirdlər sinifdən-sinfə keçirilməyəcək