Mütəxəssislər: Antibiotiklərin effektivliyi sürətlə azalır

351

Mütəxəssislər antibiotiklərin effektivliyinin sürətlə azaldığını bildirib.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir ki, İnfeksion Terapiya Cəmiyyətinin prezidenti Matias Ploetzin sözlərinə görə, vəziyyət o qədər ciddidir ki, tibb penisillinin kəşfindən əvvəlki vəziyyətə qayıtmaq riski daşıyır.

Alimlər bu problemə səbəb olan iki əsas amili müəyyənləşdiriblər. Birincisi, antibiotiklərin əsassız və həddindən artıq istifadəsi, o cümlədən tənəffüs yolları xəstəliklərinin müalicəsində zəruri olmadığı hallarda qəbul olunması. İkinci amil antibiotiklərə davamlı bakteriya ştamlarının yayılmasına kömək edən COVID-19 pandemiyasından sonra beynəlxalq səyahətlərin artması ilə əlaqədardır.

Alimlər xəbərdarlıq edirlər ki, antibiotiklərin nəzarətsiz təyin edilməsi davamlı mikroorqanizmlərin yaranmasına səbəb olur. 2050-ci ilə qədər antibiotiklərə davamlı bakteriyaların yaratdığı infeksiyaların dünyada on milyonlarla insanın həyatına təsir göstərəcəyi proqnozlaşdırılır.

Kateqoriya: Dünya, Sağlamlıq
Sonrakı yazı
Kobaxidze Avropa yürüşü ilə bağlı sərt çıxış etdi
Öncəki yazı
Gürcüstan millisinin daha iki futbolçusunun transfer dəyəri artıb