MÜSTƏQİL GÜRCÜSTANIN TARİXİNDƏ İLK DƏFƏ! – Paytaxt Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçiriləcəkdir – ƏTRAFLI

0

Cari ilin 25 iyun tarixində müstəqil Gürcüstanın tarixində ilk dəfə paytaxt Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçiriləcəkdir.

Qurultayda azərbaycandilli məktəblərdə yaşanan problemlər və həlli yolları, eləcə də kadr çatışmamazlığı, ana dili, dövlət dili, ibtidai sinif müəllimləri, xüsusi müəllimlər, inkluziv təhsil və s. mövzular üzrə panel görüşlər təşkil ediləcək.

Həmçinin, qurultayda azərbaycandilli məktəblərdə dərs deyən müəllimlərlə yanaşı, Gürcüstanın təhsil və elm nazirliyinin, Gürcüstan parlamentinin, Avropa İttifaqının Gürcüstan üzrə Monitorinq Missiyasının, diplomatik korpus və səfirliklərin, “Müəllimlər Evi”nin, Gürcüstanın Xalq Müdafiəçisinin nümayəndələri də iştirak edəcəkdir.

Qurultay “Maarif” təşkilatı, “SALAM” platforması və “Qafqaz və Hüquq İnteqrasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

0
0
Sonrakı yazı
ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin lideri Si Dzinpinlə görüşüb – ƏTRAFLI
Öncəki yazı
SOSİAL YARDIM ALAN AİLƏLƏRİN NƏZƏRİNƏ!