Müstəqil Gürcüstanın tarixində ilk dəfə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçirilib – ƏTRAFLI

0

Cari ilin 25 iyun tarixində müstəqil Gürcüstanın tarixində ilk dəfə paytaxt Tbilisidə, Azadlıq Meydanında yerləşən “Courtyard Marriott” hotelinin konfrans zalında “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçirildi.

Açılış mərasimində çıxış edən Gürcüstanın Təhsil və Elm nazirliyinin rəsmi nümayəndəsi Despine Koyava, Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndəsi Eter Apxazava, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov və İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva çıxış edərək qurultay iştirakçılarını tarixi gün münasibətilə salamladılar və uğurlar arzu etdilər.

Daha sonra iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın moderatorluğu ilə “SALAM” platformasının təsisçisi Kamran Məmmədli və Yeni Düşüncə İnstitunun həmtəsisçisi, eyni zamanda Marneuli bələdiyyəsinin Tsopi kənd ictimai məktəbinin gürcü dili müəllimi Ariz Daşdəmirli ilə dövlət dili ilə bağlı yaşanan problemlər, həyata keçirilən islahatlarla bağlı panel müzakirə keçirilib. İkinci paneldə müzakirənin əsas məruzəçiləri Bolnisi bələdiyyəsi 1 saylı Faxralı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin həmtəsisçisi Fatma Əliyeva və Marneuli bələdiyyəsi Yuxarı Saral ictimai kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Tərgül Yusubova olub. İkinci panel müzakirədə ana dili ilə bağlı yaşanan problemlər, ana dilinin məişət dili səviyyəsinə enməsi, ana dili üzrə dərs saatlarının azaldılması və digər oxşar məsələlər vurğulanıb.

Sonda auditoriyadan ünvanlanan suallar cavablandırılıb. Sonda təkliflər qəbul edilib, səsə qoyulub və yekdilliklə qəbul edilib.

0
0
Sonrakı yazı
ყურბან ბაირამის თარიღი ცნობილია
Öncəki yazı
Macarıstan Ukraynaya şərt qoyub