Müşfiq Borçalı – Sözümüzün uğuru

4

Bu gün Darvaz əsilli dəyərli soydaşımız, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Abdulla Şaiq və Nəriman Nərimanov adına mükafatlar laureatı Müşfiq Borçalının doğum günüdür.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və “Qafqaz Türk Media” portalı olaraq əziz Müşfiq müəllimi ürəkdən təbrik edirik! Cansağlığı, bərəkətli, uğurlu, yaradıcılıqlar dolu illər arzulayırıq!
Müşfiq müəllimin özəlliyi onun Gürcüstan əsilli yazarlara dayaq olmağı, təmənnasız olaraq müəlliflərə qayğı göstərməyi, mütəmadi olaraq müxtəlif məzmunlu ədəbiyyat ərməğan etməyidir.
30-a yaxın kitab müəllifi olan Müşfiq Mədədoğlu hazırda Azərbaycan Respublikasi “Təhsil” Elm-İstehsalat Mərkəzinin və “Borçalı” Nəşriyyat-Poliqrafiya müəssisəsinin təsisçisi və Baş direktoru, “Ziya” qezetinin, “ZiM.Az” və “Ziya.info.az” saytlarının Bas redaktorudur.
Eyni zamanda, AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında pedaqoji fəaliyyətlə də məşqul olur, bakalavrlara “Azərbaycan dili” və “Nitq mədəniyyəti” fənlərini, maqistrlərə isə “Pedaqogika” fənlərini tədris edir.
Bu şərəfli işdə, Gürcüstan – Azərbaycan dostluğunu canlı körpü olaraq yeni çalarlarla zənginləşdirmək yolunda Müşfiq müəllimə yeni uğurlar arzulayırıq!

1
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მუშფიქ ბორჩალი – ჩვენი სიტყვის წარმატება
Öncəki yazı
Ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı