This is a specific ad

Müsəlman dünyası Qədir Xum bayramını qeyd edir

55

Another advertisement

Müsəlman dünyası Qədir Xum bayramını qeyd edir. Bu bayram daha çox şiə məzhbəbinə məxsus ölkələrdə xüsusi təmtəraqla keçirilir.

Qədir Xum Məkkə ilə Mədinə şəhərləri arasında Məkkə, Mədinə, Şam və Misir hacılarının ayrıldığı yerdə yerləşən bir yerin adıdır. İslam peyğəmbəri həzrət Məhmməd hicrət tarixinin 10-cu ildə yüz iyirmi min müsəlmanın iştirakı ilə sonuncu dəfə həyata keçirdiyi həcc mərasimindən geri qayıdarkən həmin məkanda bir nitq söyləyib, müsəlmanlara bir sıra məsələləri xatırladıb, onları müəyyən məsələlərlə bağlı maarifləndirib. Onun həmin nitqdə toxunduğu məsələlərdən biri də özündən sonra ümmətin taleyi məsələsi olub. Deyib ki, mən Allahın əmri ilə (bu əmr Qurani-kərimin Maidə surəsinin 67-ci ayəsində gəlib) özümdən sonra həzrət Əlini sizin rəhbəriniz seçirəm. Bundan sonra orada olan bütün böyük səhabələr həzrət Əlini ümmətin rəhbərliyinə seçilməsi münasibətilə təbrik edib.Burada yeni ayələr nazil olmuş və müsəlmanlara bildirilib ki, bununla da İslam dini kamilliyə yetişdi və Allah müsəlmanlara olan nemətini tamamladı. Həmin vaxtdan etibarən hər il Qədir Xum çölündə olan o hadisə müsəlmanlar, xüsusən də Əhli-beyt ardıcılları tərəfindən böyük hörmətlə anılır və o tarixin xatirəsi yaşadılır, bir nəsildən digərinə ötürülərək qorunur.

Eyni zamanda din böyükləri də həmin günü qeyd etməyi və yaşatmağı tövsiyə ediblər. Qədir Xum günü İslam dininin əbədiliyinin təminat nişanıdır. Çünki Peyğəmbərdən sonra müsəlmanlar arasında həzrət Əlidən daha elmli ikinci bir şəxs olmayıb. Bunu ondan əvvəlki və sonrakı bütün xəlifələr, həmçinin bütün İslam alimləri etiraf ediblər. O, heç bir sualın cavabında aciz qalmayıb, bütün islami həqiqətləri bilib. Bunu hətta onun düşmənləri də təsdiqləyib. Buna görə də belə bir şəxsin canişin seçilməsi İslam gəmisinin təlatümlü tarix okeanının fitnələr və şübhələr dalğalarını müvəffəqiyyətlə yarıb keçməsini təmin edəcəkdi”.

Kateqoriya: Gündəm
Sonrakı yazı
2024-cü il martın 1-dən reklam mesajları artıq əvvəlcədən razılıq olmadan göndərilə bilməyəcək
Öncəki yazı
მუსლიმები დღეს მნიშვნელოვან – ღადირ ხუმის დღესასწაულს ზეიმობენ