Another advertisement
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan qətnamə layihəsini qəbul edib.
QafqazTürk.com xəbər verir ki, Mərakeşin təqdim etdiyi, insanlara dini inanclarına, müqəddəs kitablarına və dini məkanlarına görə hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan qətnamə layihəsini yekdilliklə qəbul edib.
Qətnamədə ayrı-ayrı şəxslərə dini və ya əqidəsinə görə hər cür zorakılıq, o cümlədən dini rəmzlərə, müqəddəs kitablara, evlərə, iş yerlərinə, mülklərinə, məktəblərə, mədəniyyət evlərinə və ibadət yerlərinə qarşı törədilən zorakılıqlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib və qəti şəkildə pislənib.